
Sizi deyib gələn müəlliflər
NoFlyZone müstəqil media platformasıdır. Burada təmsil olunan filmlərlərin müəllifləri ayrı-ayrı dillərdə danışan, dünyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və sənədli film rejossyorlarıdır. Onlar çeşidli yaradıcılıq üslublarında işləsələr də, filmlərin xronomotrajından tutmuş, təqdimat dilinə qədər hər şey fərqli olsa da, hamısını biləşdirən bir cəhət var: onlar sadə insanlardan söhbət açır, hamıya tanış olan mövzulara toxunur və iddia edirlər ki, film qəhrəmanları ilk növbədə müəlliflərin özlərinə maraqlı gəlib. Biz isə ümid edirik ki, müəlliflərimizin personajları sizin diqqətinizə də yad görünməyəcək.
Premyera DAĞINTILAR ALTINDA BAYIRŞƏHƏR
Gələcək naminə
Parlamentə seçilsə də, mandatdan imtina etdi. Oqtay Kazımovun seçki əhvalatı
Planda Bayırşəhər
Bakının tarixi binaları buldozerlərin polad caynaqları ilə üz-üzə qalıb. Bakı memarlığının bir qrup çılğın həvəskarı tarixin daş-qalağa, toz-torpağa dönməsinin qarşısını almağa çalışır
Uzaqlardan məktublar
Kimsə bu videolara səfər gündəliyi və ya videobloq damğası basmağa tələsə bilər. Bircə əmması olmasaydı, onların müəllifi Zeynəb, jurnalistdir. Ağı qaradan ayırmaq onun peşə vərdişidir. O qədər qanına işləyib ki, adi həyat qayğılarında belə peşəkarlığını kənara qoya bilmir, Daim ucadan fikirləşir, nəyisə çözür, düşünür, və ən başlıcası isə izləyicini də düşündürməyə vadar edir.
AZƏRBAYCANLI ROKKİ
Əsli Şəkidəndir, Moskvada doğulub, öz arzusunun ardınca uzaq Kaliforniyaya gedib.